Dırnıs Xeyriyyə Cəmiyyəti

Haqqımızda

Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.

İdarə heyəti

Xaricdəki yerlilərimiz